Türkiyəli məşhur müğənni Koray Avcı, koronavirus epidemiyası ilə görülən tədbirlər çərçivəsində “Evdə qal” çağırışına diqqət çəkmək üçün 12 il sonra saqqalını kəsib.
Unikal.org məlumat verir ki, sosial şəbəkədə son paylaşımı ilə gündəm yaradan, müğənni, koronavirus epidemiyası səbəbiylə vətəndaşların evdə qalması üçün radikal bir qərar verərək saqqalını kəsib.
Məşhurun yeni imicinə minlərlə bəyəni və şərh gəlib.