Koronavirus pandemiyası və özünütəcrid rejimi zamanı məişət zorakılığı qurbanlarının sayı bütün dünyada nəzərəçarpacaq dərəcədə artıb.
Unikal.org xəbər verir ki, 32 yaşlı müğənni Rihanna bu çətin vəziyyətlə üzləşən insanlara yardım məqsədi ilə “Mayor's Fund for Los Angeles” fonduna 2,1 milyon dollar (təxminən 3 milyon 570 min manat) yardım göndərib.
Göndərilən iana məişət zorakılığına məruz qalmış şəxslərin 10 həftəlik yardımına xərclənək.
Qeyd edək ki, bir müddət əvvəl Rihannanın 66 yaşlı atası Ronald Fenti də koronavirusa yoluxmuşdu. Xəbəri eşidən ulduz dərhal ona ağ ciyərlərin süni ventilyasiyası aparatını almışdı.
Sənətçi koronavirusla mübarizə üçün isə 5 milyon dollar pul bağışlamışdı.