Dünyaca məşhur ulduz Selena Qomez məşhur musiqiçi Tom Pettinin malikanəsinin yeni sahibi olub.

Unikal.org məlumat verir ki,  6 yataq otağı və 10 vanna otağı olan malikanənin gizli keçidləri olması diqqət çəkib.

Musiqi və kino dünyasının ən çox qazanan gənc ulduzlarından biri olan Qomez, bu malikanə üçün 4.9 milyon dollar pul ödəyib. 

Yeni ev sahibi Selena, malikanəni yenidən əsaslı təmir edəcəyi və yeni tənzimləmələr edəcəyini qeyd edib. Malikanədə 10 vanna otağının olması və  vanna otağının hamısının mənzərəsi  olması diqqət çəkib. Belə ki,məşhurun vanna otaqlarından biri evin böyük terrasına açılır.