Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "Twitter" hesabında  Azərbaycanla bağlı paylaşım edib.

Unikal.org-un xəbərinə görə, Mövlud Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır: "Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirlikteYeneceğiz".

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.