Türkiyənin məşhur kino və reklam ulduzu Fəxriyyə Evcən, sosial şəbəkədə son paylaşımı ilə sevənlərinə duyğusal anlar yaşadıb.
Unikal.org məlumat verir ki, aktrisanın “Instagram” hesabından 1 yaşını tamamlayan oğlu Karana yazdığı şərh, sevənlərinin duyğusal anlara yaşamasına səbəb olub.
Belə ki, "Instagram" hesabından oğlu Karan ilə evlərinin bağçasında çəkilən bir fotonu paylaşan Evcen, “Karanım .. Sənin təbəssümün dünyada eşitdiyim ən gözəl səs, aldığım ən gözəl qoxu. İndiyə qədər gördüyüm ən güclü işıq... Qütb ulduzum ... Sən güləndə içimdəki çiçəklər açır. Mən bu uzun yolda həmişə yanındayam. Ad günün mübarək, oğlum. Xoşbəxt ol ... anan” deyə qeyd edib. Aktrisanın bu paylaşımına yüzlərlə şərh və bəyəni gəlib.
Qeyd edək ki, məşhur aktrisa 2017-ci ildə həmkarı Burak Özçivitlə ailə həyatı qurub.