Çindən başlayaraq dünyaya yayılan koronavirüs epidemiyasında görə Türkiyədə 1400-dən çox insan həyatını itirib.
Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, virusun yayılmasının qarşısını almaq istəyən rəsmilər insanların bir yerə toplaşmasını qadağa edib, tətbiq olunan komendant saatı səbəbiylə evdə karantində olan məşhurlar iqtisadi çətinlik yaşayırlar.
Belə ki, Türkiyənin məşhur pop ulduz Sərdar Ortaç koronavirus səbəbiylə konsertlərini ləğv etməli olub. Sosial şəbəkə hesabı “ Instagram”dan canlı yayım zamanı iqtisadi çətinliklərini izləyiciləri ilə bölüşən, müğənni, bankdan 5 milyon TL aldığını və iqtisadi çətinlik yaşadığını bildirib.
Həmçinin də, Ortaç, üzləşdiyi iqtisadi çətinlikləri izah edərək, "Bankdan 5 milyon TL kredit aldım, ödənişləri iyun ayına qədər təxirə saldım. Əks təqdirdə hissə-hissə ödəyə bilmirəm. Ayda 120 min TL evin yalnız borcunu ödəyirəm. Əvvəlki kimi icarə gəlirim yoxdur. Bir dollara qənaət etmədim” deyə bildirib.