Türkiyənin Bursa şəhərində intihar hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, psixoloji problemləri olan 45 yaşlı zəngin iş adamı, lüks avtomobilində başına silahla atəş edərək həyatına son verib.
Hadisə yerinə polis cəlb olunub. İlk müayinədən sonra şəxsin avtomobildə olan silahla özünü öldürdüyü aydın olub.
Türkiyənin zəngin biznesmeni və psixoloji problemləri olduğunu bildirilən şəxsin cəsədi tibbi ekspertiza üçün Şevket Yılmaz Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.
Faktla bağlı araşdırma davam edir.