Tanınmış əkizlər - Sevil və Sevinc Səfərovaların ailəsində xoş gün yaşanıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Sevilin qısa müddət əvvəl nikahı baş tutub.
O, naxçıvanlı iş adamı ilə münasibətini rəsmiləşdirib.
Nikah mərasimi əkizlərin evində baş tutub. Tədbirdə cütlüyün ailə üzvləri, ən yaxın dostları iştirak edib. Onlar bu xəbəri ictimaiyyətdən gizli saxlayıblar.
Xüsusi karantin rejimi bitdikdən sonra Sevilin toy mərasiminin olacağı ehtimal edilir.