Dünyanın təsirinə məruz qalan koronavirus epidemiyası çərçivəsində görülən tədbirlərdə Türkiyədə 3 mövsüm reytinq rekordları qıran “Çukur” serialının çəkilişlərinə bir müddət ara verilib.
Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, ilk iki həftə ərzində evdən yayımlanan pərəstişkarları ilə görüşən aktyor və aktrisalar bu dəfə xüsusi ev çəkilişləri ilə ekrana gəliblər.
Türkiyədə və bir çox ölkələrdə izlənmə rekordu qıran “ Çukur” serialı ev karakterli epizodla tamaşaçıları qarşısına çıxacaq.
Qeyd edək ki, serialın yeni bölümü bu gün yayımlanacaq.