Qusarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə aprelin 19-da, saat 23 radələrində rayonun Həsənqala kəndi ərazisində baş verib. Kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Faktla əlaqədar Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.