Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.
Unikal.org xəbər verir ki, sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu üzə çıxıb.
Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.
Yenilik.az-a istinadən həmin anın videosunu təqdim edirik: