Belçikanın “Lokeren” klubu müflis olub. 

Unikal.org xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” nəşri məlumat yayıb. Bildirilir ki, klubun müflis olmasına səbəb bir müddətdir ki, futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilməməsidir. Klubun ümumilikdə 5 milyon avro borcu var. 

2 dəfə ölkə kubokunu qazanan “Lokeren”, bu mövsüm Belçikanın ikinci liqasında – Pro Liqada mübarizə aparırdı.