Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 36 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.