Rusiyanın məşhur rejissoru, aktyor İvan Şeqolev koronavirus infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 59 yaşlı rejissor həyatının son 11 gününü  Filatov adına 15 saylı Şəhər klinik xəsətəxanasında koronavirus infeksiyasından  müalicə alıb. Həkimlərin cəhdinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Bildirilir ki, ölümünə iki gün qalmış rejissorun səhhəti çox pis ağrılaşıb.

3 fevral 1961-ci ildə artistlər ailəsində dünyaya gələn  Şeqolev "Karpov", "Kaluqin və tərəfdaşları", "Morozova", "13", "Həyat yoldaşları", "Cinayətin üstü  açılacaq", "Meşəbəyi. Öz torpağım" və filmlərdə çəkilib. Bundan əlavə olaraq  Şeqolev  "Amerikalı baba",  "Arvadabaz2", "Mən artıq sizə inanmıram" və sair filmlərin rejissoru olub.