"Netflix", yeni tip koronavirusun təsiri ilə abunə bazasını 2020-ci ilin ilk rübündə 16 milyon artırdığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, COVID-19 təsiri ilə vurğulanan 16 milyon abunəçinin böyüməsi “ “Netflix”in 13 illik tarixinin ilk rübündə ən böyük artım” olaraq qeyd olunub.
Şirkət həmçinin ilin 3 ayında gəlirlərini ötən ilə nisbətən üç dəfə artıraraq 709 milyon dollar gəlir əldə edib.
"Netflix", COVID-19 məhdudiyyətlərinin uzanmağa başlaması ilə abunəçi artımında ciddi bir yavaşlama ola biləcəyini proqnozlaşdırır. İkinci rüb üçün 7,5 milyon yeni üzvün əldə ediləcəyi təxmin edilir ki, bu da son 7 ilin ikinci rübünün orta göstəricisindən 3 dəfə çoxdur.
İnvestorlar qarşısında etdiyi danışmada, Netflix baş direktoru Reed Hastings, COVID-19-ın gətirdiyi karantin günlərinə işarə edərək, “Bu çətin anlarda etdiyimiz kiçik töhfə ev həbsini biraz daha dözümlü etməkdir” deyə qiymətləndirmə aparıb.
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində görünən COVID-19-un yayılması, bir çox ölkəni müxtəlif tədbirlər görməyə vadar etdi.
Dünyadakı milyonlarla insan, günün çox hissəsini komendant saatları, karantin tətbiqləri və COVID-19 tədbirləri çərçivəsində tətbiq olunan müxtəlif profilaktik tədbirlər səbəbiylə evdə keçirir.
Belə ki, Onlayn seriyalar və "Netflix" kimi film izləmə platformaları, evdə sərf olunan vaxt artması ilə ən çox seçilən tətbiqlərdəndir.