Şotlandiyada 26 mart tarixində vaxtından əvvəl dünyaya gələn uşağın koronavirus testinin nəticəsi pozitiv olmuşdu.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Peyton adlı uşaq vaxtından 8 həftə tez doğulub. Üç həftəlik olanda koronavirusa yolxduğu aşkarlanan uşaq artıq sağalıb. 

O, ölkəsində koronavirusa yoluxan ən gənc insan olaraq tarixə keçib. Anası qızına koronavirus testi edilən anları görüb və bunu "dünyadaki ən pis hisslərdən biri" adlandırıb.