Bölgələrdə karantin rejimini pozan sakinlər cərimə və həbs ediliblər.
Unikal.org xəbər verir ki, Zərdab və Ucar rayon polis şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində reydlər keçirirlər.
Təkcə son bir gün ərzində Zərdab rayon Polis şöbəsinin əməkdaşları 6 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq maddələri ilə inzibati qaydada cərimə, Ucar rayon Polis Şöbəsinin əməkdaşları isə 1 nəfər rayon sakinini karantin rejimini kobud şəkildə pozduğuna görə inzibati qaydada 10 sutka həbs ediblər.
Hazırda hər iki rayon polis şöbəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər.