Futbol üzrə Braziliya millisinin və “Mançester Siti”nin futbolçusu Qabriel Jesus koronavirus pandemiyası ilə mübarizəyə dəstəyini əsirgəməyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, doğulduğu San Paulonun kasıb məhəllərinin sakinlərinə yardım edib.
O, bu məhəllələrə 3 ton qida bağışlayıb.