23 aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin açılışının 100 illiyi münasibətilə təşkil edilən konsertdə Mazhar Alason və Fuat Güner MFÖ qrupundan ən sevilən mahnılarını səsləndiriblər.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, MFÖ qrupunun solistləri Mazhar Alanson və Fuat Güner, 23 Aprel Uşaqlar Günü ilə əlaqədar dünən Gülhane Parkında konsert verib. Mahnı arasında danışan Güner, Özkan Uğurun xərçəng müalicəsi aldığı üçün konsertə gələ bilməyəcəyini söyləyib.
Belə ki, İstanbul Valiliyi tərəfindən təşkil edilən və MFÖ qrupundan olan Özkan Uğurun sağlamlıq problemləri səbəbiylə iştirak edə bilmədiyi konsert, onlayn yayımlanıb.
Koronavirusun yeni növü (Kovid -19) epidemiyası səbəbindən tamaşaçısız təşkil edilən konsert sosial media, radio və televiziya vasitəsilə tamaşaçılara çatdırılıb.
Həmçinin də, Fuat Güner, Türkiyə Böyük Millət Məclisinin quruluşunun 100 illiyini və 23 aprel Atatürkün uşaqlara hədiyyə etdiyini ifadə edib. Hər kəsin 100-cü ilini böyük coşğu ilə qeyd etməsini istəyən Güner, xərçəng müalicəsi alan Özkan Uğurun çox istədiyini söyləsə də, rxəstəlik səbəbiylə aralarında olmadığını söyləyib. Mazhar Alanson, 1971-ci ildə Fuat Güner ilə birlikdə işlədiklərini və Özkan Uğurla qrupa qoşulmağı iləbir markaya çevrildiklərini açıqlayıb.
Qeyd edək ki, məşhur müğənni Özkan Uğur, 2013-cü ildə xərçəng xəstəliyinə tutulub və xəstəliyi məğlub edib.