Cənubi Amerika ölkəsi Peruda, yeni növ koronavirus (COVID-19) səbəbiylə ölənlərin sayı 634-ə yüksəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Peru Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə son 24 saat ərzində COVID-19 nəticəsində ölənlərin sayı 62 nəfərə artaraq 634-ə, yoluxanların  sayı 734-ə qədər artaraq 21 min 648-ə çatıb.

Həmçinin də, epidemiyadan sağalanların sayı 7 min 596-a yüksəlib.

Prezident Martin Vizcarra, mətbuata verdiyi açıqlamada mayın 4-dən etibarən fövqəladə vəziyyətdən tədricən çıxmaq istədiklərini ifadə edərək, “Nazirlər Kabinetində hazırladığımız planı müxtəlif sektor nümayəndələri ilə bölüşəcəyik və məqsədimiz fövqəladə vəziyyətdən çıxmaqdır” deyə bildirib.