Almaniyada koronavirus pandemiyasından ölənlərin sayı 5 min 700-ə çatıb.
Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, Almaniyada son 24 saat ərzində 179 nəfər koronavirusdan həyatını itirərək, ümumi ölü sayı 5 min 700-ə çatıb.
Daha son sutkada 2 min 55 yoluxma halı aşkarlanaraq, ölkədə koronavirus pandemiyası daşıyıcıların sayı 109 min 800-ə yüksəlib.
Ölkədəki hadisələrin və həyatını itirənlərin sayının 2/3 hissəsi Bavariya, Baden Württemberg və Şimali Reyn Vestfaliya əyalətlərində olduğu bildirilib. Bu üç əyalətdə yoluxanların ümumi sayı 101 min 952, həyat itkisi 3 min 803-dür.
Virusun ötürülmə sürəti 0,9 faiz səviyyəsində davam edir. Mart ayından bəri virusa yoluxan səhiyyə işçilərinin sayı 8 min 326-ya çatıb.