1980-ci illərin məşhur modeli, ildə cəmi 20 gün işləməklə milyon dollar qazanan Nastasia Urbanonun son halı sevənlərinin təəccübünə səbəb olub.
Unikal.org xəbər verir ki, küçədə acınacaqlı vəziyyətdə yaşayan 59 yaşlı məşhur model son görüntüsü ilə görənləri təəccübləndirib.
Belə ki, keçmiş top model Nastasia Urbano 80-ci illərin ən məşhur modelləri arasında idi. Eyni zamanda saysız-hesabsız jurnalların üz qapağı olan model, gözəlliyi və lüks həyat tərzi ilə daim gündəmdə ollub.
Lakin, həyat yoldaşı ilə tanış olduqdan sonra Urbanonun həyatı birdən-birə dəyişib. Bundan sonra Urbano o günləri belə izah edir: “Bu münasibətlə əlaqəli yeganə yaxşı şey mənim övladlarımdır. Ancaq aşiq olmuşdum. O, hər şeyi pulumla aparırdı. Bir gün mənə "BMW" almaq istədiyini söylədi, baxdım, çeki mənə imzaladı. Ancaq çox sevirdim, hər şeyə imza atırdım” deyə, məşhur modelin qısa müddətdə pulunun tükəndiyini və depressiya ilə mübarizəyə başladığını bildirib.
Daha sonra, Urbano tezliklə həyat yoldaşından boşanıb, ancaq evin kirayəsini ödəyə bilmədiyi üçün küçələrdə yaşamağa başlayıb. Son vəziyyəti ilə gözlərini zədələyən məşhur top model ötən il dünyaca məşhur bir markanın çəkilişləri üçün yenidən kamera qarşısına keçib.
Mediada bu hadisəni “Barselonanın evsiz modeli Nastasia Urbano kameralar qarşısına qayıtdı” xəbəri ilə elan edib.