Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramı "Work and Travel"lə (WAT) ABŞ-a yola düşən 3 qızın dedikləri Türkiyədə səs-küyə səbəb olub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 20 yaşlaında olan 3 tələbə qız Işıl D., Ece A. və Kübra K. həm oxuyub, həm  işləmək üçün Amerikaya getmək qərarı alıb. 

Hər üç tələbəyə Çikaqoda tələbələrə bu məsələdə yardım edən Naim S-ə zəng etmələri tövsiyə edilib. 

Deyildiyi kimi, hər üç tələbə Naim.S-ə zəng edərək ondan kömək istəyiblər. Ancaq bir müddət sonra Amerikada Naim S-in də olduğu "Whatsapp" qrupunda kişilər arasında onların fotoları ilə cinsi məzmunlu yazışmalar olduğunu öyrəniblər. 

Şoka düşən tələbələrdən biri bu yazışmalarla bağlı Naim.S-ə mesaj göndərib. Qızlar bu hadisə ilə bağlı mətbuata açıqlama verib:

"Bütün xoş niyyətlərimizlə yardım etməsini istədiyimiz birinin bunu etməsi üçün çox ağır idi. Alçaldılmış və mənəvi yəcavüzə məruz qalmışdıq. Bizə bunu edən insanları, xüsusən Naim S., o Whatsapp qrupunda, Furkan L., Mehmet G., Kutlu S. və Gökhanı məhkəməyə verəcəyik. Bu işi belə bitməyəcək". 

Bundan sonra Naim S. hadisənin baş verməsinin ardından mənəvi təcavüzə uğrayan şagirdlərdən birinə bu mesajı atıb: "Yazdıqlarım üçün üzr istəyirəm. Kişilər arasında zarafat üçün açılmış qrup idi. Amma iş həddini aşdı." Bundan sonra Naim.S. həmin mesaj qruplarından çıxıb və mesajlaşmanı bitirib.