Türkiyənin məşhur müğənnisi 57 yaşındakı Seda Sayanın münsif üzvlüyünü etdiyi “O Ses Türkiyə”də çempion olan 25 yaşındakı Alkan Dalgakıran ilə eşq yaşadığı iddia edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Seda Sayan, “O Ses Türkiyə”nin çempionu olan 25 yaşındakı Alkan Dalgakıran ilə eşq yaşadığı iddialarını təkzib edib.
Bununla bağlı, Kanal D ekranlarında yayımlanan “2-ci səhifə” şou proqramına açıqlama verən Seda Sayan, "O mənim uşağım olacaq yaşda” deyərək reaksiya göstərib.
Belə ki, proqram üçün xüsusi bir video çəkərək eşq iddialarına cavab verən Sayan: “Alkanla yaşadığım əxlaqsız bir dedi-qodu. O, yalnız bir uşaqdır. Əsasən gəncdir, gələcəyi var. Çox gənc bir uşaq əziyyət çəkir. Günah və ayıbdır. Buna son qoyulmalıdır. Qoy nə etdiklərimi danışsınlar. Mən belə əsassız xəbərlərlə çıxış etmək istəmirəm” deyə iddiaları təkzib edib.