Amerikalı məşhur aktyor Tom Hanks və həyat yoldaşı Rita Uilson, koronavirus xəstəliyinə qalib gəldikdən sonra plazma bağışlayacaqlarını açıqlayıblar.
Unikal.org “İnquirer.net” saytına istinadən xəbər verir ki, Tom Hanks və həyat yoldaşı Rita Uilson, yeni bir növ koronavirus (COVID-19) peyvəndinin hazırlanması səylərinə kömək etmək üçün qan və plazma bağışlamaq üçün könüllü olaraq kömək ediblər.
Belə ki, COVID-19 ilə mübarizə üçün nə edə biləcəkləri barədə düşünərkən Hanks plazma bağışının olacağını bildirib.
Zarafatçı biri kimi tanınan 63 yaşlı aktyor, yeni növ koronavirusa qarşı öz qanının peyvəndinə “Hank-ccine” adını istədiyini söyləyib.
Qeyd edək ki, amerikalı məşhurlar Hanks və həyat yoldaşı Uilson 12 martda COVID-19 testlərinin müsbət olduğunu açıqlamışdılar.