Türkiyədə aktyorluğu buraxdıqdan sonra ABŞ-a yerləşən və TIR sürücüsü olan Tolga Karel yaşadığı çətinlikləri izah edib.
Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, ABŞ-da TIR sürücüsü olan Tolga Karel, koronavirus səbəbiylə yaşadığı çətinliklərdən bəhs edib.
Xatırladaq ki, Tolga Karel 2017-ci ildə sürpriz bir qərarla aktyorluğu buraxmış və Türkiyədən Amerikaya yerləşmişdi. Amerikalı Sarah Scott ilə evlənən və TIR sürücülüyünə başlayan Tolga Karel, ABŞ-dakı koronavirüs müddətində yaşadığı çətin günləri canlı bağlantıda “2-ci Səhifə” proqramına danışıb.
Belə ki, Karel, korovirusdan ölən 12 nəfərin cəsədini TIR vasitəsilə koronavirusun mərkəzi olan Nyu-Yorka daşıdığını söyləyib.
“Nyu-Yorka getdiyim zaman “Qısa məsafəyə yük var” dedilər. Gedib yükə baxanda gördüm ki, başqa meyitxanaya aparılacaq 12 cəsəd var. Əvvəl şok oldum, nə edəcəyimi bilmirdim. Koronavirus səbəbiylə TIR-ın soyuducu qoşqusunda ölən 12 nəfərin cəsədlərini apardım” deyə izah edib.
Həmçinin də, “Ailəmi qorumaq üçün bir aydır ki, TIR-da yaşayıram. Çöldə işlədiyimiz üçün nə qədər diqqət etsək də xəstələnə bilərik. İnsanlar burada işlərini itirirlər. Çox çətin vəziyyətdədirlər” deyə keçmiş aktyor bildirib.