Erməni əsilli Amerikalı ulduz Kim Kardaşyan 167 milyon izləyicisi olan sosial şəbəkə hesabı “Instagram”dan 1915-ci ilə “Erməni soyqırımı” adlı paylaşımı, türkiyəli müğənni Demet Akalın sərt  reaksiyasına  səbəb olub.

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki,  Kim Kardaşyan sosial şəbəkədə 1915-ci il erməni hadisələrini bölüşərək, “Cəmi 1,5 milyon erməni öldürüldü. Osmanlı türkləri, qadınları və uşaqları öldürdü" deyə paylaşım edib. 

“Instagram” hesabındakı hekayələr bölməsindən erməni əsilli ABŞ ulduzu Kim Kardaşyanın 1915-ci il Erməni hadisələri ilə bağlı qalmaqallı paylaşımına ilk reaksiya türkiyəli müğənni Demet Akalından gəlib.

Akalın özünün “Twitter” hesabında verdiyi açıqlamada, “Əgər kiməsə bir İngilis dili ilə kömək etdiyimiz ölkələri yazsanız, Kimə etiket edəcəm. Biz barbar deyilik” deyə Kimə cavab verib.