Əməkdar artist Aygün Bəylərin erməni olduğu iddia olunan müğənni ilə duetinin görüntüləri yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən A.Bəylərin Avropa prodüseri Sultan Mustafayev bildirib ki, həmin müğənni erməni deyil:
“Aygün xanım özü buradadır və danışmaq istəmir. İctimaiyyətin həqiqətləri bilməsi üçün bildiririk ki, həmin görüntülər 15 il öncə İsraildə lentə alınıb. Həmin müğənni erməni deyil, yahudi qızıdır. Hansısa bir müəğənni gəlib Aygün Bəyləri qucaqlayırsa həmin dəqiqə o hardan bilsin ki, bu milliyətcə kimdir. Bu görüntülərin yayılması bir oyundur. Bunu Aygün xanımın düşmən olan müğənni yayıb. Sənətkara ləkə gətirmək doğru deyil. Aygün Bəylər bu cür yalan məlumatlarla gündəmə qalmaq istəmir”.
Famil Fərhadoğlu