Belçikada baş verən koronavirus (COVID-19)yluxanların sayı son 24 saatda 553 artaraq 46 min 687-yə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən şərhdə, son 24 saat ərzində koronavirusdan daha 113 nəfər həyatını itirərək, ümumi ölü sayı 7 min 207-yə yüksəlib.
Qeyd edək ki, ölən insanlardan 46 faizi xəstəxanalarda, 53 faizi qocalar evlərində dünyasını dəyişib.