Dünyaca məşhur Bollivud ulduzu Aamir Xan, koronavirus pandemiyası səbəbiylə 1 kq unun ehtiyacı olanlara paylanacağını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünya şöhrətli aktyorun adi xeyriyyə kampaniyasında un alan vətəndaşlar, unun içindən çıxan pul ilə böyük bir sürpriz yaşayıblar.
Belə ki, Hind ulduzu Aamir Xanın köməyində cəmi 1 kiloqram un olduğunu öyrənən çox adam paket almaq üçün gəlməyib. Una həqiqətən ehtiyacı olduğu üçün almağa gələn vətəndaşlar, paketlərində 15000 rupi tapıblar.
Qısa müddətdə yayılan yardım kampaniyası sosial media “Yəni həqiqətən ehtiyacı olanlar pul aldı” deyə paylaşılaraq, aktyorun bu addımını dəstəkləyiblər.