Türkiyədə son sutka ərzində daha 92 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2 992-ə çatıb. Bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə son gündə 2 392 nəfərdə koronavirus aşkarlanıb və ölkədə pandemiyaya yoluxanların sayı 114 653-ə yüksəlib.
Eyni zamanda 5 018 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.