“Recep İvedik 4” filmi və “Survivor 2018” ilə məşhurlaşan türkiyəli aktrisa Gamze Aksu bacısının sevgilisi tərəfindən döyülərək, xəstəxanalıq olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Gamze Aksu vokalist həyat yoldaşı Orhun Ozan ilə birlikdə bacısının ad gününü qeyd etmək üçün ailə evlərinə qonaq gediblər.
Evdə ailə üzvləri ilə birlikdə bacısı Aksunun sevgilisi Özgür Küçükbas da olub. Daha sonra iki bacı arasında mübahisə yaranıb. Bu zaman bacısının sevgilisi mübahisəyə müdaxilə edərək, Gamze Aksuya “bacını incidə bilməzsən” deyərək təhqir edib və sonra məşhur aktrisanın qolundan tutaraq yerə çırpıb.
Yaralanan Aksu ailə üzvlərinin köməyi ilə xəstəxanaya aparılıb. 31 yaşlı aktrisa müalicə aldıqdan sonra polisə gedərək bacısının sevgilisi tərəfindən döyüldüyünü deyib və şikayətçi olub.
Prokurorluqda hadisə ilə bağlı istintaq başladılıb.