Türkiyəli məşhur müğənni Simge Sağın qatıldığı “YouTube” kanalında eşq həyatı ilə bağlı təəccüblü etiraflar edib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni Simge Sağın günlərini koronavirus səbəbiylə ev karantində keçirərkən xüsusi “YouTube” yayımında iştirak edib. Şəxsi həyatı ilə bağlı çaşqın etiraflar edən Sağın, münasibətlərinin çoxunda aldandığını söyləyib.
Yaşadığı münasibətlərinin çoxunda aldadıldığını deyən Sağan: “Düşünürəm ki, həqiqətən məni sevmədilər. Məncə mənim olduğum üçün və ya məşhur olduğum üçün məni sevdiklərini düşünürəm” deyə bildirib.
Qeyd edək ki, keçən il Simge Sağın qatıldığı bir proqramda da, aldanmaqdan danışaraq, “Xoşbəxtlikdən məni vaxtında aldatdılar və həyatımı tərk etdilər” deyə bildirmişdi.