Amerika Futbol Liqasında NFL-də “Kanzas City” komandasının ən məşhur oyunçularından Laurent Duvernay-Tardiff qlobal böhrana çevrilən koronavirus pandemiyasına mübarizəyə yardım üçün keçmiş peşəsinə qayıdıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı kanadalı idmançı koronavirus pandemiyasından sonra məzniyyətini yarımçıq dayandırıb. İndi o həkim kimi peşəsinə davam etdirir.
Montrealdakı bir xəstəxanada işə başlayan Laurent Duvernay-Tardiff sosial şəbəkə məsələ ilə bağlı açıqlama verib. O açılqmasında “Karib dənizində tətildə olarkən koronavirus yayılması səbəbiylə vəziyyətin pisləşdiyini gördüm. Bundan sonra Montreala koronavirusla mübarizəyə yardım etmək üçün qayıtdım” deyə bildirib.
Laurent Duvernay-Tardiff hazırki durumla bağlı da açıqlama verib:
“Əvvəlcə özümü və digər insanları koronavirusdan qorumağa çalışıram. Aprelin 24-də evimin yaxınlığında bir xəstəxanada işləməyə başladım. İlk gün çox əsəbi idim. Ancaq bu pis bir hiss deyildi. Bu həyəcanla qarışıq bir gərginlik idi. Oyunlardan əvvəl hiss etdiyim gərginliyə bənzəyirdi”.