Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda qlobal böhrana çevrilən koronavirus pandemiyası ABŞ-da tüğyan etməkdədir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən böyük ştatlarından biri olan Nyu-Yorkda  koronavirus pandemiyası 1 milyondan çox insana yoluxub,  63 min insanın isə həyatına son qoyub.

Belə ki, virusun tüğyan etdiyi Nyu-York ştatında,  metroların birində, virusa baxmayaraq işdən sonra intensivliyindən şikayətlənən amerikalı Nyu-York Bələdiyyə Başçısı Bill de Blasionu tənqid edib. Səsini qaldıran amerikalı, daha sonra qatarın içərisində  Asiya vətəndaşı olan bir şəxsə, “Virusu bura daşıdınız, siz yaydız” deyərək hücum çəkib. 

Heç kimin müdaxilə etmədiyi hücum anı mobil telefon kamerası ilə anbaan qeydə alınıb. Evsiz kimi bildirilən asiyalını dəfələrcə döyən şəxsin görüntüləri sosial şəbəkədə gündəm yaradıb. 

Görüntülərin sosial şəbəkədə  sürətlə yayılmasından sonra Nyu-York polisi onlara heç bir şikayət olmadığını, ancaq məsələnin araşdırıldığını qeyd edib.