Bir müddət pop musiqisinin şahzadəsi kimi tanınan və iştirak etdiyi qalmaqallarla gündəm yaradan amerikalı müğənni Britni Spirs sosial şəbəkədən karantin dönəmində evdə keçirdiyi hadisləri etiraf edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət depressiyalardan əziyyət çəkən ulduz müğənni , Britni Spirs, sosial şəbəkəm hesabından etdiyi paylaşım və etirafla gündəmə gəlib.
Belə ki, koronavirus səbəbiylə evdə karantində də olan müğənni keçən aylarda sosial şəbəkə hesabında rəqs edərkən ayağını sındırdığını və son paylaşımında isə evinin idman zalını yandırdığını etiraf edib.
Karantin günlərinin çoxunu idman və rəqs etməklə keçirən 38 yaşlı müğənni sosial şəbəkə üçün hazırladığı videolar üçün özünü və evini fəlakətə çevirdiyini etiraf edib.