Uzun müddət birlikdə karantində olan türkiyəli məşhur komediyan Cem Yılmaz və aktrisa Serenay Sarıkaya evlənmək qərarına gəliblər.
Unikal.org məlumat verir ki, Kanal D ekranlarında yayımlanan “2-ci Səhifə” proqramında yayılan xəbərlərə görə: Cem Yılmaz oktyabr ayından bəri eşq yaşadığı Serenaya evlənməyi təklif edib. 28 yaşlı Serenay təklifi qəbul edib.
Belə ki, cütlük koronavirusun başa çatmasında sonra toy edəcəklərini bildiriblər.
Qeyd edək ki, məşhur komediyaçı Cem Yılmaz, keçən il Defne Samyeli ilə ayrıldıqdan sonra aktrisa Serenay Sarikaya ilə eşq yaşamağa başlayıb.