Məşhur kolumbiyalı müğənni Şakira pandemiya ilə əlaqədar doğma şəhəri Barrankilyaya yardım edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı 50 min maska, 10 ədəd süni nəffəs aparatı göndərib.
Bu haqda şəhərin meri Hayme Pumareha sosial şəbəkədə xəbər yayıb. Sözügedən şəhərdə insanlar dəyərli əşyalarını sataraq, xəstəxanalara pul yardımı edirlər.