Türkiyəli məşhur aktyor Kamal Sunalın oğlu Ali Sunal qatıldığı şou proqramlarının birində atasıyla bağlı suallarını cavablandırıb.
Unikal.org istinadən xəbər verir ki, məşhur aktyor, Ali Sunal, “Kanal D” kanalında yayımlanan “2-ci Səhifə” proqramının qonağı olub. Koronavirus pandemiyası səbəbiylə azərbaycanlı həyat yoldaşı və qızı Narinlə evdə karantində olan, Ali Sunal, atasıyla bağlı verdiyi açıqlamalarla hər kəsi duyğulandırıb.
Belə ki, aparıcının, “Bu müddətdə atanızın filmlərini izləyirsinizmi?” sualına, “İtirdiyimizdən bəri izləyə bilmirəm, ümid edirəm qızımla” deyə cavablandırıb.
Həmçinin də, Kamal Sunalın ölümü ilə bağlı danışan A.Sunal, “Həyatı boyu kaş ki, demeyi heç sevməmişəm. Heç kimin belə yaşamağını istəmirəm, amma bəzən “Kaş ki, o təyyarəyə minməyəydim” deyirəm” ifadəsində bildirib.
Qeyd edək ki, türkiyəli məşhur sənətçi Kamal Sunal, yoldaşları ilə birlikdə 3 iyul 2000-ci ildə Trabzona getdiyi təyyarədə, yola çıxmazdan əvvəl infarkt keçirərək həyatını itirib.