Türkiyənin Bursa Karacabəy qəsəbəsində axşam azanı 6 dəqiqə əvvəl oxunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, imam 20:10 oxunulan azanı, 6 dəqiqə tez, 20:04-də oxuyub. Azan səsini eşidən vətəndaşlar oruclarını açıblar.
Daha sonra, 20:10-da yenidən azanın oxunulması, vətəndaşlarda çaşqınlıq yaradıb.
Karacabəy Məscidinin imamı Müftisi Naci Yalçınkaya, baş verən hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada, şam namazının mərkəzi sistemdə əvvəlcədən oxunduğunu söyləyərək "orucunu vaxtından əvvəl açanların, qəza orucu tutmalı olduğunu tutmalı olacağını" bildirib.