2018-ci ildə skripka sənətçisi Utku Barış ilə ailə həyatı quran türkiyəli məşhur müğənni Aydilge, koronavirus pandmeiyası səbəiylə evdə karantində olduğu anlardan danışıb.
Unikal.org xəbər verir ki, bu yaxınlarda sosial şəbəkə qatıldığı bir proqramda, şəxsi həyatı iə bağlı verilən sualları cavablandırıb.
Belə ki, epidemiya səbəbiylə bütün vaxtını evdə keçirdiyini deyən sənətçi, həyat yoldaşı Utku Barış ilə birlikdə “Bu müddətdə 9 mahnıdan ibarət bir albom hazırladıq” deyə bildirib.
Daha sonra Aydilge “körpə istəyirsən?” sualına cavabı ilə diqqət çəkib. Müğənni, “Bu dövrdə düşünmürük. Uşaq sahibi olmaqdan çox qorxuram. Utku da israr etmir” deyə cavab verib.
Qeyd edək ki, müğənni həyat yoldaşının doğum gününü son həftələrdə tort əvəzinə bir pizza ilə qeyd edərək, “Doğum günün mübarək, əbədi sevgim. Sən mənim tək evimsən və mən daim səninlə qalmağa davam edəcəyəm” deyərək romantik bir yazı paylaşmışdı.