Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirus pandemiyası ilə bağlı son vəziyyət müsbətə doğru gedir.
Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, Kiprdə 17 gündə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Belə ki, Şimali Kiprdə indiyədək 108 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 4 nəfər vəfat edib.
Qeyd edək ki, sadəcə 1 aktiv xəstənin olduğu Şimali Kiprdə restoran, otel, gözəllik salonları və bərbərxanaların fəaliyyətinin bərpasına icazə verilib.