Qlobal böhrana səbəb olan koronavirus pandemiyası Avropa ölkələrində tüğyan etməkdədir.

Unikal.org xəbər verir ki, İspaniya koronavirusdan ən çox zərər görən ölkələrdən biridir. Belə ki, İspaniyada son 24 saat ərzində virus səbəbindən 185 nəfər həyatını itirərək, ümumi ölü sayı 25 min 613-ə yüksəlib.