İngiltərədə onlarla kişiyə cinsi təcavüzdə günahlandırılan İndoneziya vətəndaşı Reynhard Sinaga ömürlük həbs cəzası məhkum olunub.

Unikal.org xəbər verir ki, evinə dəvət etdiyi 136 kişini müxtəlif maddələrlə və içkilərlə yatızdırıb, onlara təcavüz edən İndoneziya vətəndaşı  Reynhard Sinaga yenidən dünya gündəminə gəlib. 

Belə ki, Mançesterdəki məhkəmə qərarına əsasən, Reynhard Sinaga  “Şeytan” adlandırılan  ölkənin ən bədnam cinayətkarları ilə eyni həbsxanada ömürlük həbs cəzasına məhkum olunub.

Qeyd edək ki,  12 il bundan əvvəl İngiltərəyə yerləşən, 36 yaşında  doktorant tələbəsi Reynhard Sinaga  136 kişiyə təcavüz etməklə cəmi 159 cinsi təcavüzdə günahkarlandırılıb. Bildirilib ki, Sinaga kişiləri, klubdakı evinə və bar çıxışlarına dəvət edib, sonra bu insanlara təcavüz edərək, həmin anları videoya qeyd edib.

Sinaga ətrafı ilə sakit bir insan olaraq bildirilib. Sinaganı tutan polis rəisi Rushton, bədnam cinayətkarı “İngiltərə tarixindəki ən qorxunc təcavüzkar” adını verib.

Həmçinin də,  gənc oğlanları hədəf seçən, Sinaga məhkəmədə  “Onlar özləri,  cinsi əlaqədə olmaq istədilər” deyərək,  özünü müdafiə etməyə çalışsa da, hakim Sinaganın bu açıqlamalarının “gülməli” olduğunu söyləyib.