Türkiyənin Mersin ərazisində  tıxac zamanı ata və qızı tərəfindən  döyülən qadınlar, hadisə zamanı baş verənləri ətraflı izah edib.  Şikayətlərindən imtina etməyəcəklərini bildirən qadınlar “Ədalət istəyirik” deyə polis bölməsinə üz tutublar. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə 28 aprel çərşənbə axşamı Yeni Mezitli rayonu ilə Yeni Mahallesi qovşağında meydana gəlib. Tıxac zamanı  Feride K., bacısı Hilal K. və rəfiqəsi Dilara K., yolda bir kişi və qızı ilə mübahisə ediblər. Qısa müddətdə aralarındakı mübahisənın böyüməsindən sonra, ata və qızı  3 qadına çubuqla hücum edib.

Hadisədən sonra 3 qadın polisə gedərək ata və qızı haqqında şikayətlənib.  İşə başlayan polis qrupları ata və qızı polis bölməsinə gətiriblər.  Hər iki tərəfin ifadələri alınıb.

Hadisə ilə əlaqədar İHA müxbirinə danışan Feride K., hadisənin şokunu hələ də yaşadıqlarını belə ifadə edib: “Qırmızı işıqda yanımızda aramızda 5-6 avtomobil olsa da, avtomobildən çıxan qadın maşınımıza gəldi. Əvvəlcə mübahisə etməyə başladı. Daha sonra ata və qızı çubuqla rəfiqəmi və bacımı vurmağa başladı. Məni də, belimdən vurdular” deyə bildirib. Hadisədən sonra polis bölməsinə getdiklərini qeyd edən Feride K. “İfadələrimizi verdik. Səhərdən axşama qədər bölmədə olduq. Qadına şiddətin ədalətini istəyirik. İmkanımız çatmasa da bizi çubuqla döyən bir adam var. Ədalət istəyirik”, digər tərəfdən, K. əvvəlcə rəfiqəsinin ata və qızı  tərəfindən döyüldüyünü iddia edərək, "Mən onu ayırmaq istəyəndə yıxıldım. Dostumu qoruyarkən qolum zədələndi. Hamımız bu hadisədən şikayət edirik. İstəyirik ki, cəzasını alsın” deyə K. Ifadəsində bildirib.

Qeyd edək ki, Mersində tıxacda mübahisə etdikləri bir şəxsin  hücumuna məruz qalan 3 qadın, şəxs və qızı haqqında “Qadınlara qarşı şiddətin ədalətini istəyirik” deyə şikayət ediblər.