İngiltərənin Plimut şəhərində yaşayan Ceyk Braun koronavirusun (COVID-19) yayılması səbəbindən karantin müddətindəki vaxtını  sərf etmək üçün evində bəzi dəyişikliklər etmək qərarına gəlib.

Unikal.org xəbər verir ki, İngiltərə vətəndaşı Ceyk Braun, yeni evinin divarındakı dəlikin arxasında böyük bir tunelin olduğunu aşkar edib.

Belə ki, işə başlayan Braun, divarlardan birinin toxumasının fərqli olduğunu görüb. Divarda deşiklər düzəldən Braun, etdiyi dəlikin arxasında geniş və boş bir yer olduğunu başa düşüb. Daha sonra ev sahibi böyük və tarixi bir tunellə qarşılaşıb.

Sözügedən yerin bir tunel olduğunu bilən Braun, araşdırmaları zamanı 1900-cü illərin əvvəllərindən qalan boya qutusu və  1964-cü ildə çıxan qəzet tapıb.
Braun daha sonra tarixçi dostu Riçard Fişerlə əlaqə qurub  və yaşadıqları hadisələri izah edib. Ərazinin o vaxt  “Windridge Hill” adlanan bir yer olduğunu deyən Riçard, evlərin zirzəmilər kimi yeraltı ərazilərlə inşa edildiyini söyləyib.

Riçard, belə yerlərin sonradan şərab zirzəmilərinə və ya hətta mağara kimi vanna otağına çevrildiyini qeyd edib.