Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina, “Böyük Vətən Müharibəsindəki Böyük Qələbənin 75 illiyi” medalını verib.

Unikal.org xəbər verir ki, Rusiyanın Şimali Koreyadakı səfirliyinin sosial şəbəkə hesabından medalın, Şimali Koreyanın xarici işlər naziri Le Son Gvona səfir Aleksandr Matsegora tərəfindən təqdim edildiyi açıqlanıb. Medalın Kim Çen Ina Şimali Koreyada ölən əsgərlərin xatirəsinə böyük ehtiramına görə verildiyi bildirilib.