"Milli Şura və onların ətrafında qruplaşma olan 5-10 nəfər anti-milli ünsürlər Ermənistanın Azərbaycandakı "səfirliyi" missiyasını həyata keçirir. Onlar Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə qarşı çıxırlar".

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib. O, qeyd edib ki, bu qüvvələr düşmən ölkənin maraqlarına xidmət edir:

"Bu günə qədər ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni prioritet sahə kimi hüquq muhafizə orqanlarına tapşırıb. Müşavirələrdə cənab prezident məmurlara xəbərdarlıq etmişdi. Təəssüf ki, dünyanın heç bir ölkəsi korrupsiyadan sığortalanmayıb. Azərbaycanda da belə hallar var. Bu hallara qarşı Dövlət Təhlükəsizlik Xidməti (DTX) , Daxili İşlər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qətiyyətlə mübarizə aparır. Amma müxalifət nümayəndələri bundan şou yaradaraq, ölkədə aparılan islahatlara kölgə salmaq istəyirlər. Onlar bu müsbət addımlara Ermənistanın gözü ilə baxırlar. Bu qarayaxma kampaniyasına başçılığı isə Ermənistanın Azərbaycandakı səfiri missiyasını yerinə yetirən Əli Kərimli edir. Koronavirusla mübarizə məqsədi ilə karantin tədbirləri başlayan zaman bunlar insanları meydanlara, çölə-bayıra çıxmağa dəvət edirdilər. Bunlar insanları çölə çağırmaqla daha çox insanın virusa yoluxmağını istəyirdilər. Bunlar insanların tələf olmağından çirkin niyyətləri üçün istifadə etmək arzusunda idilər.  Hamı bilir ki, neftin qiymətinin düşməsi dövlətə və xalqa ziyandır. Bunlar bu vəziyyəti toy bayram etdilər. Neft ölkəsi olan Azərbaycanın bu vəziyyətinə sevinən ermənilərlə bərabər Milli Şura üzvləri və Əli Kərimli oldu. Bütün dünya Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəsini yüksək qiymətləndirir. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün hər iki cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Bütün dövlətlər İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Ölkə başçısı bu virusa qarşı təkcə Azərbaycanda deyil, dünya səviyyəsində, qlobal miqyasda mübarizə aparır. Bu görüşlərdə cənab prezident dünyaya həmrəylik, dostluq mesajı göndərdi. Bununlada prezidentimiz dünyada COVİD-19 pandemiyasına qarşı aparılan mübarizəyə öz tövhəsini verdi. Dünya mediası İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) etdiyi yardımları yüksək qiymətləndirdi. Amma anti-milli ünsürlər bunları görmək istəmirlər. Milli şura üzləri və Əli Kərimli Azərbaycanda görülən müsbət işləri həzm edə bilmir. Ermənistan daxilində dərinləşən siyasi-iqtisadi böhranı, tənəzzülü bu qüvvələr vasitəsilə Azərbaycana qarşı yönəltmək istəyir".