Məşhur türkiyəli pop ulduz  Buray, koronavirus pandemiyası səbəbiylə evdə karantində olan uşaqları şənləndirmək üçün “Evdə qal” mahnısını səsləndirib.

Unikal.org xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə uşaqlar üçün mahnı yazan Buray, mahnının azərbaycanlı müğənni Əhməd Mustafeyev tərəfindən ifa olunduğunu və birəbir eyni olduğunu  görəndə sosial şəbəkə hesabından böyük reaksiya göstərib.

Belə ki, bəstədən rəqslərinə qədər səslənən mahnını  eyni olduğunu vurğulayan müğənni Buray,  sosial şəbəkə hesabından açıqlama verərək: “Əmək oğrusu! Sözlərini, melodiyaları anladım, rəqslərinə qədər belə köçürülüb, sonra sözlər / musiqilər: öz adını yazıb. Bu barədə şikayət edəcəyik və məhkəmələrdə işləyəcəyik, indi bu dəyərmi? Nə edirik? Bu mahnını xalqa, uşaqlara mənəvi olaraq bir işıq olaraq yazdıq.Ticarət məqsədi tapmadıq. Buna görə heç bir təzminat axtarmayacağıq. Ancaq nə qədər yaxşı olsa da, əməyin başqa bir ad altında görülməsi bizi kədərləndirir. Bu əslində bizlik deyil, onu köçürən sənətkarın ayıbıdır” deyə bildirib. 

Burayın paylaşımından sonra hərəkətə keçən azərbaycanlı müğənni Əhməd Mustafayev mahnısını “YouTube” hesabından silib.
 

Gülayə Mecid