Quba rayonunun Qamqam kəndində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.